Ayətullah Xamenei: "Hindistan hökuməti müsəlmanların qətliamını dayandırmalıdır"
Mьəllif: admin1
Tarix: 6-03-2020, 10:50
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: "Hindistan hökuməti müsəlmanların qətliamını dayandırmalıdır"
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei məzlum Hindistan müsəlmanlarının qətliamını qınayıb.

Maide.Az xəbər verir ki, Ayətullah Xamenei cənablarının Əsərləri Qoruma və Nəşriyyat İdarəsinin İnformasiya Mərkəzinin internet səhifəsində yayımlanan bəyanatda bildirilir:

“Hindistandakı müsəlmanların qətliamı səbəbi ilə dünya müsəlmanlarının qəlbləri yaralarla doludur. Hindistan hökuməti ekstremist hindlilərə və onları dəstəkləyən partiyalara qarşı çıxmalıdır. Mmüsəlmanların öldürülməsini dayandırmaqla özünü İslam dünyasından təcrid etməkdən çəkinməlidir”.

Qeyd edək ki, Hindistan vətəndaşlığı qanununa düzəliş 2019-cu il dekabrın 11-də qəbul olunub. Bu qanuna görə, 2015-ci ildən öncə mötəbər sənədləri olmadan Banqladeş, Əfqanıstan və Pakistandan bu ölkəyə daxil olmuş miqrantlar Hindistan vətəndaşlığını ala bilərlər, amma bu qanun müsəlmanlara şamil olmur.

Belə bir halda, bəzi ekstremist dəstələr Yeni-Dehlinin şimal-şərqində məscidləri dağıdıb və müsəlmanlar yaşayan məhəllə və qəsəbələrdə evlərə benzin bombaları hücumlar ediblər.

Hindistan rəsmiləri tərəfindən elan olunmuş statistikalara görə, ötən bir həftə ərzindəki toqquşmalarda 46 nəfər ölüb, 300-dən çox insan da yaralanıb.
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031