Bağdadda ABŞ bazasına raket hücumu edildi
Mьəllif: admin1
Tarix: 17-02-2020, 15:14
Bцlmə: Xəbərlər
Bağdadda ABŞ bazasına raket hücumu edildi
ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına bir Katyuşa raketinin düşdüyü və səfirlikdə həyəcan siqnalının aktivləşdiyi bildirilib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyanın sözçüsü polkovnik Maylz Keqqins Bağdaddakı hərbi bazaya qarşı raket hücumları nəticəsində tələfatın olmadığını bildirib.

Bağdadda yüksək təhlükəsizliklə qorunan Yaşıl bölgədə yerləşən koalisiya qüvvələrinin bazasına raket düşməsi barədə şəxsi Twitter profilindən açıqlama verən Keqqins, bunları qeyd edib:

“Yerli vaxtla saat 03:24-də “Sarsılmaz qərarlılıq” hərəkatının əməliyyatını icra edən əsgərlərin olduğu bazaya raket düşdü. Düşən raket böyük deyildi və hər hansı bir tələfatla nəticələnmədi. Hücumla əlaqədar istintaq davam edir”.

Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031