Səudiyyə rejimi "Əsrin müqaviləsi" üçün Trampa təşəkkür etdi
![]() "Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Səudiyyə rejimi, Fələstin probleminin "ədalətli və hərtərəfli" həllinə yönəlmiş bütün səyləri dəstəklədiyini bildirib. "Səudiyyə rejimi həmişə fələstinlilərə kömək etmək üçün çox səy göstərir və bütün beynəlxalq məsələlərdə, o cümlədən 2002-ci ildə Osloda bağlanmış müqavilələrə əsasən, öz qanuni hüquqlarına nail olmaq üçün əməkdaşlıq edir. Səudiyyə rejimi, zorakılıq yolu ilə Fələstin-İsrail rejimi probleminin həll edilməyəcəyini hesab edir. Hərtərəfli sülhün nizamlanmasının yeganə strateji yoludur", - deyə XİN-in press-relizində deyilir. Bəyanatda həmçinin deyilir: "Səudiyyə rejimi Tramp administrasiyasının Fələstin və İsrail rejimi tərəfləri arasında hərtərəfli sülh planı hazırlamaq səylərini qiymətləndirərək, onları ABŞ-ın nəzarəti altında birbaşa danışıqlara başlamağa təşviq edir". Oxşar xəbərlər
|