Fələstin Trampın planını rədd etdi: Fələstinlilər bu planı tarixin zibilliyinə atacaq
Mьəllif: admin1
Tarix: 29-01-2020, 10:18
Bцlmə: Xəbərlər
Fələstin Trampın planını rədd etdi: Fələstinlilər bu planı tarixin zibilliyinə atacaq
Fələstin prezidenti Mahmud Abbas Trampın təklif etdiyi "əsrin müqaviləsi" adlı işğal planına münasibət bildirib.

Deyerler.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Mahmud Abbas qeyd edib ki, Qüds satılmır. ""Əsrin müqaviləsi" keçməyəcək və xalqımız onu tarixin zibilliyinə atacaq.

Biz boyun əyməyəcəyik və təslim olmayacağıq. Biz vahid bir şəkildə bu ilhaqın qarşısında dayanacağıq. Biz bu razılaşmaya yox" deyirik", - deyə Mahmud Abbas bildirib.

Eyni zamanda HƏMAS lideri İsmayıl Haniyə də bu işğal planının sionist rejimə heç bir legitimlik verməyəcəyini bildirib. Mahmud Abbasla telefon danışığında Haniyə bütün fikir ayrılıqlarını kənara qoyub sionist rejim və ABŞ-ın bu planları qarşısında birgə olacaqlarını qeyd edib.


Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31