KİV: İŞİD-in yeni rəhbəri məlum olub
Mьəllif: admin1
Tarix: 21-01-2020, 12:15
Bцlmə: Xəbərlər
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
İŞİD terror qruplaşmasının yeni başçısı onun ideoloqlarından biri Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maulə olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” qəzeti bildirib.

Nəşr Əmir Abdel Rəhmanı ötən il oktyabrın sonunda İdlib əyalətində ABŞ-ın xüsusi əməliyyatının gedişatında zərərsizləşdirilmiş İŞİD-in əvvəlki lideri Əbu Bəkr əl-Bağdadiyə yaxın şəxs adlandırıb.

Dövlət Departamenti onun İraq əsilli olduğunu qeyd edərək, əl-Bağdadinin müavinlərindən biri olduğunu açıqlayıb.

ABŞ hakimiyyəti əl-Bağdadinin özü və ən yaxın tərəfdarları barədə informasiya verənə 5 milyon dollar mükafat vəd etmişdi.

Britaniya nəşrinin yazdığına görə, İŞİD-in keçmiş və indiki başçıları hələ 2004-cü ildə ABŞ-ın İraqdakı “Kemp-Bukka” düşərgəsində məhkum olarkən tanış olublar.

Əmir Abdel Rəhman qruplaşmanın banilərindən biri olub. O, qruplaşmanın ideologiyasının yaradılmasında və bir sıra əməliyyatların planlaşdırılmasında iştirak edib.

Qəzetin məlumatına görə, məhz o İraqda xristianların məhvinin əsasını qoyub.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031