Səudiyyə Ərəbistanı Yəməni bombalayıb
Mьəllif: admin1
Tarix: 20-01-2020, 20:38
Bцlmə: Xəbərlər
Səudiyyə Ərəbistanı Yəməni bombalayıb
Səudiyyə Ərəbistanı qırıcıları Yəmənin Səna və Səad şəhərlərini bombalayıb. Bu barədə Parstoday agentliyi yazıb.

Məlumatda bildirilir ki, hücum nəticəsində ölənlər və yaralanalar barədə hələlik heç bir açıqlama verilməyib.

Bundan başqa, Yəmənin sərhəd şəhəri Cizanın bombalanmasına dair məlumatların olduğu qeyd edilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum edib və ona qurudan, dənizdən və havadan blokada tətbiq edib.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın xəsarət almasına səbəb olub.

Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün həm də kəskin ərzaq və dərman qıtlığına səbəb olub.

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930