Ayətullah Xamenei Ayətullah Sistaniyə məktub ünvanladı: "Allahdan təcil şəfanızı diləyirik"
Mьəllif: admin1
Tarix: 18-01-2020, 19:03
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei Ayətullah Sistaniyə məktub ünvanladı: "Allahdan təcil şəfanızı diləyirik"
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Əhli-Beytin (ə) böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Seyid Əli Sistaniyə əməliyyat keçirməsi səbəbiylə bir mesaj göndərərək, Allahdan bu böyük müctehidin tezliklə sağalmasını istəyib.

Deyerler.org Khamenei.ir-ə istnadən xəbər verir ki, Ayətullahul-üzma Seyid Əli Xamenei mesajında Ayətullah Sistaninin səhhətinin ağırlaşması xəbərindən narahat olduğunu, Allahdan onun tez bir zamanda sağalmasını istədiyini bildirib.

Xatırladaq ki, Ayətullah Seyid Əli Sistani əməliyyat edən tibbi qrup yanvarın 16-sı açıqlama verərək, Ayətullah Sistaninin yarım saat davam edən əməliyyatının uğurla başa çatdığını və tam sağalma mərhələsinə girdiyini və bu gündən hərəkət etməyə başlayacağını açıqlamışdı.
Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930