Ayətullah Sistani əməliyyat olundu
Mьəllif: admin1
Tarix: 16-01-2020, 19:26
Bцlmə: Xəbərlər
Ayətullah Sistani əməliyyat olundu
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistaninin Ofisinin nümayəndəsinin verdiyi açıqlamaya görə, Ayətullah Sistani dünən gecə sol ayağında burxulma nəticəsində baş vermiş sınıq səbəbiylə əməliyyat olunub.

Deyerler.org Sistani.org-a istinadən xəbər verir ki, Ayətullah Sistani əməliyyat olunması ilə bağlı İraqdan xaricə aparılması təklifini qəti şəkildə rədd edib.

Ayətullah Sistani əməliyyatın İraqda və iraqlı həkimlərdən ibarət bir tibbi qrupun nəzarəti altında keçirilməsini istəyib.

Nəcəf Səhiyyə Departamentindən bir mənbə, Ayətullah Sistaninin üzərində edilən cərrahi əməliyyatın müvəffəqiyyətlə başa çatdığını və əməliyyat otağını tərk etdiyini və palataya köçürüldüyünü bildirib.

Ayətullah Seyid Əli Hüseyni Sistaninin Ofisi möminlərdən Ayətullah Sistaninin sağlamlığı üçün dua etməsini istəyib.

Allah şəfa versin!
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930