Almaniyanın Müdafiə naziri İraqa gözlənilməz səfər edib
Mьəllif: admin1
Tarix: 15-01-2020, 22:28
Bцlmə: Xəbərlər
Almaniyanın Müdafiə naziri İraqa gözlənilməz səfər edib
Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer İraqa gözlənilməz səfər edib.

TASS-ın verdiyi xəbərə əsasən, bu barədə Almaniya Müdafiə Nazirliyinin təmsiliçisi deyib.

İraqa səfərindən öncə İordaniyaya gedən Kramp-Karrenbauer burada alman hərbçiləri ilə görüşüb və İordaniya hakimiyyət nümayəndələri ilə müzakirələr aparıb.

Təhlükəsizliklə əlaqədar nazirin səfərinin təfərrüatları açıqlanmayıb.

Müdafiə Nazirliyi bildirib ki, Kramp-Karrenbauer İraqda alman hərbi qüvvələrinin fəaliyyəti və İŞİD-ə qarşı mübarizənin davam etdirilməsi ilə bağlı bu ölkənin yüksək səviyyəli hərbçiləri ilə müzakirələr aparacaq.
(eastnews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930