İran rəsmisi: “25 milyon iranlı şəhid Süleymaninin dəfn mərasimində iştirak etdi”
![]() Deyerler.org Mehrə istinadən xəbər verir ki, general Ramazan Şərif yanvarın 14-ü Tehranda şəhid general-leytenant Qasım Süleymani üçün təşkil edilən anım mərasimi çərçivəsində jurnalistlərə verdiyi açıqlamasında, vida mərasimində bu iştirakın ABŞ-a çox aydın bir mesaj verdiyini bildirib. “Bu nəhəng iştirakla İran xalqı bir bütöv olaraq amerikalılara cavab verilməsini və İnqilab Keşikçilərindən hər sahədə ABŞ-nı məğlub etməsini istədi”, - deyə SEPAH-ın sözçüsü bildirib. General Şərif amerikalıların Qərbi Asiyanın gələcəyində bir yerinin olmayacağını və bu bölgənin böyük ölkələr və millətlərin əsarətindən azad olacağını qeyd edərək, bu yolun sonunun isə, sionist rejimin yox olması və Fələstin xalqının hakimiyyətinin bərpası olduğunu qeyd edib. Oxşar xəbərlər
|
|