Rəsmi Bağdad: "Qasim Süleymani terroruna dair mühüm nəticələr əldə etmişik"
Mьəllif: admin1
Tarix: 15-01-2020, 10:45
Bцlmə: Xəbərlər
Rəsmi Bağdad: "Qasim Süleymani terroruna dair mühüm nəticələr əldə etmişik"
İraq Silahlı Qüvvələri komandanlığının nümayəndəsi dünən İraqın paytaxtı Bağdadda İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qanadının komandanı, general Qasim Süleymani və "Həşd Şabi" qüvvələrinin komandan müavini Əbu Mehdi Mühəndisin ABŞ tərəfindən şəhid edilməsi ilə bağlı mühüm açıqlamalar verib.

İraq Silahlı Qüvvələri baş komandanının nümayəndəsi Əbdülkərim Xələf verdiyi açıqlama zamanı bildirib ki, general Qasim Süleymani və Əbumehdi Mühəndisin şəhid edilməsi ilə əlaqədar istintaq komitəsi əhəmiyyətli irəliləyişlər əldə edib:

"Bu komitə digər tərəflərə dərin araşdırmalar pəncərəsi açır. Əbumehdi Mühəndis və Qasim Süleymaninin şəhid edilməsi ilə bağlı istintaq İraqın hüdudlarından kənara çıxa bilər və komitənin istintaqı hələ bitməyib. İstintaq komitəsi terroru tam araşdırdıqdan sonra İraq Baş Nazirinə yekun hesabatı təqdim edəcək".
(eastnews)
Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930