İraq ABŞ hərbçilərinin ölkədən çıxarılmasında israrlıdı
Mьəllif: admin1
Tarix: 14-01-2020, 15:15
Bцlmə: Xəbərlər
İraq ABŞ hərbçilərinin ölkədən çıxarılmasında israrlıdı
İraq hökuməti parlamentin xarici hərbi kontingent və ABŞ hərbçilərinin ölkədən çıxarılması məsələsinə yenidən baxmayacağını, onların ölkədə qalması üçün hər hansı yeni razılaşmaya getməyəcəyini açıqlayıb.

Bu barədə “Al Mawazin” xəbər portalı İraq Bş naziri Adil Əbdül Mehdinin ofisinə istinadən məlumat yayıb.

“İraq İŞİD-lə mübarizə adı altında ABŞ hərbçilərinin ölkədə qalmasına dair heç bir yeni razılaşma imzalamayacaq. Nazirlər kabineti parlamentin yanvarın 5-də ABŞ və xarici hərbi kontingentin çıxarılmasını nəzərdə tutan qərarını dəstəkləyəcək”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ hərbçiləri İraq paytaxtı Bağdad şəhəri hava limanın yaxınlığında İran rəsmisi, general Qasim Süleymani və İraq “Həşd Şabi” qüvvələrinin komandiri Əbu Mehdi Mühəndisi qətlə yetirdikdən sonra İraq parlamenti ABŞ hərbçiləri və xarici hərbi kontingentin ölkdən çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qeyd edək ki, İraq parlamentinin qərarından sonra ABŞ Prezidenti Donald Tramp hərbçilərin ölkədən çıxarılmayacağını çıxaracaqları təqdirdə də bunun qarşılığında təzminat və sankiyalarla İraq hökumətini hədələyib.
(eastnews)
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031