ABŞ-dan BMT-yə məktub: “İranla qeyd-şərtsiz görüşməyə hazırıq”
Mьəllif: admin1
Tarix: 9-01-2020, 16:10
Bцlmə: Xəbərlər
ABŞ-dan BMT-yə məktub: “İranla qeyd-şərtsiz görüşməyə hazırıq”
ABŞ BMT-yə göndərdiyi məktubda İranın Qüds Qüvvələrinin komandiri general-leytenant Qasım Süleymaninin öldürülməsinin qanuni bir müdafiə olduğunu iddia edib və Tehranı qeyd-şərtsiz danışıqlara dəvət edib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftın BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda, Süleymaniyə qarşı keçirilən əməliyyatın, BMT-nin 51-ci maddəsinə uyğun olaraq reallaşdığı qeyd olunub.

“İran rejiminin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaması üçün İranla danışıqlarda qeyd-şərtsiz iştirak etməyə hazırıq” ifadəsi qeyd olunan məktubda, ABŞ-ın rezidentlərini və maraqlarını qorumağa davam etmək üçün bölgədə lazım olduğu qədər tədbir görməyə də hazır olduğu bildirilir.

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930