ABŞ bazası vurulduqdan sonra şəhid Süleymaninin cənazəsi torpağa tapşırıldı
Mьəllif: admin1
Tarix: 8-01-2020, 07:57
Bцlmə: Xəbərlər
ABŞ bazası vurulduqdan sonra şəhid Süleymaninin cənazəsi torpağa tapşırıldı
Şəhid Qasim Süleymani (Həsən oğlu) və Hüseyn Purcəfərinin (Məhəmməd oğlu) cənazəsi Kirman şəhərinin Şəhidlər Gülzarı qəbristanlığında bu gün torpağa tapşırılıb.

Maide.Az xəbər verir ki, bundan öncə dəfn mərasiminin təşçkilatçı komitəsinin sədri Mehdi Sedqi dəfn mərasimində izdihamın həddən artıq olduğu üçün mərasimin təxirə salındığını demişdi.

İzdiham azaldıqdan, məğrib namazından sonra şəhidlərin cənazəsi dəfn yerinə gətirilib.

Bildirilir ki, İran şəhid Qasim Sülymaninin qisasını almaq məqsədilə ABŞ bazalarına raket zərbələri endirib. Raket zərbələri iranlı general Qasim Süleymaninin öldürüldüyü saatda həyata keçirilib.

Sepah elan edib ki, bu hücum şəhid Süleymaninin döyüş yoldaşlarının "ağır qisas"sının ilk mərhələsidir. Qeyd olunur ki, raket zərbələrinin ardınca məsul şəxslər və bir qrup Kirman sakinin iştirakı ilə şəhidlərin nəşi torpağa tapşırılıb.


Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031