İran ABŞ-ın hərbi bazalarına 50-dən çox raket zərbəsi endirdi
Mьəllif: admin1
Tarix: 8-01-2020, 07:50
Bцlmə: Xəbərlər
İran ABŞ-ın hərbi bazalarına 50-dən çox raket zərbəsi endirdi
İran ABŞ-ın hərbi bazalarına 50-dən çox raket zərbəsi endirdi.

Deyerler.org-un PressTv-yə istinadən verdiyi xəbərə görə, faktı Pentaqon təsdiqləyib. ABŞ hərbçiləri arasında xeyli itki olduğu bildirilir.

İranın qisas hücumu nəticəsində ilkin məlumata görə, 20-dən çox ABŞ hərbçisi məhv edilib. İran rəsmiləri bəyan edib ki, əgər ABŞ hər hansı cavab tədbiri görməyə çalışsa onlar İsrail rejimini yer üzərindən siləcəklər.

İran elan edib ki, ABŞ bazası yerləşən istənilən qonşu ölkəkədən İrana hücum olunarsa İran həmin hədəfləri vuracaq.

ABŞ Fars Körfəzi, İraq və İran hava məkanından uçuşları dayandırıb.

ABŞ Prezidenti Donald Tramp, onun əsas nazirləri və köməkçiləri İranın İraqda Amerika qoşunlarının yerləşdiyi bir sıra hərbi bazalara raket zərbələri endirməsi ilə əlaqədar təcili iclas keçirib, lakin iclasdan sonra açıqlama verməyib və daha sonra açıqlama veriləcəyini qeyd edib.

İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın İraqın Anbar əyalətində yerləşən hərbi bazalarına 50-dən çox raket zərbəsi endirib.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930