ABŞ-ın İraqdakı bazasına və səfirliyi olan zonaya raket hücumu
Mьəllif: admin1
Tarix: 4-01-2020, 23:01
Bцlmə: Xəbərlər
ABŞ-ın İraqdakı bazasına və səfirliyi olan zonaya raket hücumu
ABŞ-ın İraqdakı aviabazası raket atəşinə tutulub.

Bu barədə “İnterfax” ərəb ölkələrinin KİV-inə istinadən məlumat yayıb.

Bildirilir ki, raket zərbələri Bağdaddan 70 kilometr məsafədəki “Balad” aviabazasına endirilib. ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən azı 3 raketin atıldığı qeyd olunur.

İraqın təhlükəsizlik qüvvələri xəbəri təsdiqləyib. Atəş nəticəsində insan tələfatının olmadığı bildirilib.

Digər məlumata görə, İraqın paytaxtı Bağdadın minaatanlardan atəşə tutulması nəticəsində 5 nəfər xəsarət alıb.

Bu barədə “Reuters” polisə istinadən məlumat yayıb.

Qeyd edək ki, Bağdadın "yaşıl zona”sında partlayış olub. Hökumət binaları və diplomatik nümayəndəliklərin yerləşdiyi ərazidə qeydə alınan partlayışla əlaqədar ABŞ səfirliyinin binasına aparan yol bağlanıb.
(report)
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930