Ayətullah Məkarim Şirazi: "ABŞ bu əməli ilə öz qəbrini qazdı"
Mьəllif: admin1
Tarix: 3-01-2020, 17:15
Bцlmə: Xəbərlər
Ayətullah Məkarim Şirazi: "ABŞ bu əməli ilə öz qəbrini qazdı"
İranın məşhur mərceyi təqlidi Ayətullah Məkarim Şirazi İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qanadının komandanı, general Qasim Süleymaninin ABŞ tərəfindən öldürülməsinə münasibət bildirib.

Ayətullah Məkarim Şirazi bildirib ki, İslam dünyasının şücaətli komandirinin öldürülməsi hamımızı sarsıtdı:

"Amerikalı cinayətkarlar bu vəhşi əməlləri ilə özlərinin qəbirlərini qazdılar. Bu cinayətin intiqmı çox ağır olacaq. O, misilsiz, böyük bir insan idi. Adı İslam tarixində və dünyada böyük komandir kimi qalacaq".

"Mən general Qasim Süleymani və Əbu Mehdi Mühəndisin ailəsinə, bütün saleh insanlara, İslam döyüşçülərinə və dünyanın bütün azadlıq sevərlərinə başsağlığı verirəm", - deyə Ayətullah Məkarim Şirazi bildirib.

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31