Cavad Zərifdən Amerikaya sərt xəbərdarlıq
Mьəllif: admin1
Tarix: 3-01-2020, 09:57
Bцlmə: Xəbərlər
Cavad Zərifdən Amerikaya sərt xəbərdarlıq
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Tvitter" səhifəsində İran İnqilabı Keşikçiləri Korpusunuun (SEPAH) "Qüds" qanadının komandanı, general Qasim Süleymaninin ABŞ tərəfindən öldürülməsinə münasibət bildirib.

Cavad Zərif qeyd edib ki, ABŞ-ın beynəlxalq terrorizmlə, İŞİD, "Nusra", "Əl-Qaidə" və digər terrorçu qruplaşmalara qarşı mübarizədə ən təsirli qüvvə olan general Süleymanini öldürülməsi son dərəcə təhlükəlidir və axmaq bir gərginlikdir: "ABŞ çirkin sərgüzəştlərinin bütün nəticələri üçün məsuliyyət daşıyır".

"Terrora qarşı mübarizə aparan bu qəhrəman şəxsin Amerika terrorçu qüvvələri tərəfindən öldürülməsi şübhəsiz ki, bölgədə və dünyada müqavimət ağacını daha da çiçəkləndirəcəkdir", - deyə Cavad Zərif bildirib.
(eastnews)
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31