Ali Dini Rəhbər: “Bəziləri cihad və şəhadəti unutdurmaq istəyir”
Müəllif: admin1
Tarix: 26-12-2019, 19:47
Bölmə: Xəbərlər
Ali Dini Rəhbər: “Bəziləri cihad və şəhadəti unutdurmaq istəyir”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyyid Əli Xamenei cihad və şəhadət anlayışlarını unutmağa çalışan cərəyanların qarşısında dayanmağın lazım olduğunu bildirib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyyid Əli Xameneinin dekabrın 16-sı Hörmüzqan Şəhidlər Konqresi üzvlərinə verdiyi tövsiyələri Bəndər-Abbasdakı konfransda oxunub.

Dekabrın 16-da keçirilən görüşdə Ali Dini Rəhbər Hörmüzqan xalqının uzunmüddətli mübarizəsindən danışıb və cəsarət və haqqın müdafiəsini bölgədəki qiymətli və institusional elementlər kimi xarakterizə edib: “Şəhidlərin xatirəsini anmaq və təqdir etmək zəruridir və təqdirəlayiqdir, çünki zərərli bir cərəyan və siyasət inqilabın simvolu olan cihad və şəhidlik kimi anlayışları unutdurmağa çalışır. Bu gizli cərəyanın qarşısında dayanmalıyıq.

Hər şəhid fədakarlıq və haqqın müdafiəsi uğrunda canını fəda etməyi təmsil etdi və bu qiymətli simvolları gənclərə tanıtdırmaq lazımdır. Əks nöqtədə olan bir cərəyan, fitnə, dünyəvilik, lubalizm (qeyri-ciddilik) kimi şeyləri təbliğ edir. Ancaq şəhidlərin parlaq simalarını tanıtdırmaq, gənclərin onlara könül verməyə və onların yolunu getməyə yönəldəcək”.

Oxşar xəbərlər
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930