Seyid Əbdülməlik Bədrəddin Əl-Husi: “Yəmənin düşmənləri məğlub oldu”
Müəllif: admin1
Tarix: 20-12-2019, 20:17
Bölmə: Xəbərlər
Seyid Əbdülməlik Bədrəddin Əl-Husi: “Yəmənin düşmənləri məğlub oldu”
Yəmənin Ənsarullah hərəkatının lideri Seyyid Əbdülməlik Bədrəddin Əl-Husi bütün müasir silahlara baxmayaraq, Yəmən müharibəsində düşmənlərin məğlub olduqlarını söyləyib.

Deyerler.org əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmənin paytaxtı Sənada cəmiyyətin qabaqcıl simalarının və dövlət rəsmilərinin iştirak etdiyi yığıncağa video konfrans vasitəsiylə qatılan Seyid Əbdülməlik, belə deyib: “Bizim bu duruşumuzun gücü, iman gücündən qaynaqlanmaqdadır və gənclərimizin bütün cəbhələrdəki sabitliyi, onların imanına və mənəviyyatına əsaslanır.

Düşmənlərimizin bütün müasir imkanları və texnikası olsa da, qüvvələrimiz döyüş bölgələrində möhkəm dayanır və düşmənin gücü onların mübarizədə qətiyyətli olmalarına mane ola bilməz.

İndi Yəmən xalqına qarşı bütün hərbi və iqtisadi vasitələrin istifadə edildiyi bir müharibə ilə qarşılaşırıq, lakin onlar məğlub oldular. Onlar bizim xalqımıza hökmranlıq etmək məsələsində məğlub oldular. Çünki bizim əxlaqi və mənəvi dəstəyimiz var.

Artıq mədəni və intellektual müharibə ilə üz-üzəyik. Düşmən bizə kimliyimizdən kənar şeylərlə təsir etməyə çalışır.

Mədəniyyət boşluğu düşmənin mədəni şəkildə müvəffəq olmasını təmin edəcək və insan mübarizə yolunda etibarsız qalacaq.

Gənclər arasında mədəniyyət mühafizəkarı olmadığı anda onlar avtomatik olaraq təsir altına düşəcəklər. Düşmənlər bizim üzərimizdə tam nəzarəti təmin etmək üçün bizi dini kimliyimizdən ayırmaq istəyirlər.

Düşmən zehinlərimizi, ruhlarımızı, mədəniyyətlərimizi və iradələrimizi idarə edə bilmirsə, heç vaxt torpaqlarımıza, suverenliyimizə və müstəqilliyimizə hakim ola bilməyəcək.

Düşmən bizim üçün problem yaratmaqdan başqa bir şey etmir. Düşmən bizə nə mədəniyyət, nə də elm gətirə bilməz. Bunu ABŞ-ın İraqda alimləri öldürəndə gördük. Düşmənlər zəif, əhəmiyyətsiz, iradə və gücdən məhrum etmək üçün bizi korlamağa çalışırlar”.
Oxşar xəbərlər
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930