Bu il dünyada azı 250 jurnalist həbsdə olub
Mьəllif: admin1
Tarix: 11-12-2019, 15:54
Bцlmə: Xəbərlər
Bu il dünyada azı 250 jurnalist həbsdə olub
2019-cu ildə Çin hökuməti azı 48 jurnalisti həbsə atdırıb və bu sahədə bütün ölkələrdən önə çıxıb.

Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dekabrın 11-də açıqladığı hesabatda belə deyir.

Ümumilikdə isə bu il dünyada azı 250 jurnalist həbsdə olub. Ötən il onların sayı 255 idi, yəni, azalma var. ​

Təşkilat Azərbaycanda 6 jurnalistin həbsdə olduğunu bildirir.

Bu il Yaxın Şərqdə “avtoritarizm, qeyri-sabitlik və etirazlar” daha artıq jurnalistin həbsə atılması ilə sonuclanıb.

Dünyada həbsdə olan jurnalistlərin 8 faizə yaxını qadınlardır, ötən il bu göstərici 13 faiz idi.

Jurnalistlərin həbs olunmasına əsasən siyasət, insan haqları və korrupsiya mövzuları səbəb olub, qurum bildirir.

Hesabata daha öncə buraxılan, yaxud silahlı qruplaşmaların ələ keçirdiyi jurnalistlər salınmayıb.
(azadliq.org)
Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930