Britaniyada hicablı qıza hücum
Mьəllif: admin1
Tarix: 8-12-2019, 10:52
Bцlmə: Xəbərlər
Britaniyada hicablı qıza hücum
İngiltərədə Sayt-Yorkşir qraflığında Şeffild şəhərində hicablı qıza hücum olub.

14 yaşlı müsəlman qız avtobusla məktəbə getdiyi zaman 40 yaşlı qadın və bir kişinin hücumuna məruz qalıb.

Qadının müsəlman qızı necə yumruqlaması və kişinin onu təhqir etməsi görüntülənən video telefonla çəkilib və sosial şəbəkələrdə yayılıb.

Polis hücum edənlərin həbsə alındığını xəbər verir.

2017-ci ildən başlayaraq İngiltərədə islamafobiya, müsəlmanlara qarşı aqressiya güclənməkdədir.
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31