ABŞ İraq vətəndaşlarına qarşı sanksiya tətbiq etdi
Mьəllif: admin1
Tarix: 7-12-2019, 11:11
Bцlmə: Xəbərlər
ABŞ İraq vətəndaşlarına qarşı sanksiya tətbiq etdi
ABŞ İraqda etraz aksiyalarında vətəndaşların öldürülməsində əli olduğunu iddia etdiyi 3 İraq vətəndaşına qarşı sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin yayımladığı məlumata əsasən, sanksiya siyahısına “Əsaib Əhləl Haqq” təşkilatının iki üzvü daxil edilib.

Bundan əlavə, ABŞ hökuməti iraqlı iş adamı Hamis Fərhan əl-Həncaranı korrupsiyada ittiham edərək, onun adını da sanksiya siyahısına daxil edib. ABŞ Dövlət katibinin köməkçisi Devid Şenker sanksiyaların İraq rəsmilərinə qarşı da tətbiq ediləcəyini istisna etməyib.

Bəzi ekspertlər hesab edir ki, ABŞ-ın İraqda əsas hədəfi İŞİD-lə mübarizədə qələbə qazanan "Həşd Şabi" qüvvələrini İraq ordusunun tərkibindən çıxarmaq və bu qüvvələri neytallaşdırmaqdır.
(eastnews)
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031