Məhkəmə Şeyx İbrahim Zəkzaki barəsində qərar çıxardı
Mьəllif: admin1
Tarix: 6-12-2019, 10:23
Bцlmə: Xəbərlər
Məhkəmə Şeyx İbrahim Zəkzaki barəsində qərar çıxardı
Ötən gün Nigeriyanın Kaduna ştatının ali məhkəməsi bu ölkənin şiə müsəlmanlarının lideri Şeyx İbrahim Zəkzakinin həbsxanaya göndərilməsi barədə qərar çıxarıb.

Bundan əlavə, Kaduna ali məhkəməsi Şeyx İbrahim Zəkzakinin həyat yoldaşı Zinət İbrahimin də ev dustaqlığından həbsxənaya yerləşdirilməsi barədə qərar çıxarıb.

Nigeriya İsalmı Hərəkatı çıxarılan qərarı tənqid edərək, bu addımın İbrahim Zəkzakiyə qarşı ölüm hökmü olduğunu bildirib.

Xatırladaq ki, 2015-ci ildə Şeyx İbrahim Zəkzakinin başçısı olduğu Nigeriya İslami Hərəkətının Zariya şəhərindəki mərkəzinə ordu qüvvələrinin hücumu zamanı mindən artıq şiə müsəlmanı qətlə yetirilib, yüzlərləsi isə yaralanaıb və həbs edilib.

Bu hücum nəticəsində İbrahim Zəkzaki ağır yaralanaraq, həbs edilib. Onun bu hücum nəticəsində bir gözündə görmə qabiliyyəti itib və bir əlinin hərəkəti məhdudlaşıb.
(eastnews)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031