İslamı yeni qəbul etmiş cənubi koreyalı İmam Rzanın (ə) hərəmində
Mьəllif: admin1
Tarix: 2-12-2019, 22:09
Bцlmə: Xəbərlər
İslamı yeni qəbul etmiş cənubi koreyalı İmam Rzanın (ə) hərəmində
Dünyanın 60 ölkəsinə səyahət edərək, müxtəlif dinlərlə tanış olan cənubi koreyalı 32 yaşlı Heo Cun Hunu yalnız İslam və müsəlmanlar cəlb edib.

Deyerler.org Astan News-a istinadən xəbər verir ki, İslam mövzusunda apardığı geniş araşdırma və təhlillərdən sonra, gənc cənubi koreyalı turist İmam Rzanın (ə) müqəddəs ziyarətgahında İslam dinini qəbul edib.

“Səfərə başlamazdan əvvəl iranlı dostlarım mənə İmam Rzanın (ə) ziyarətgahını İslamla tanışlıq üçün əla bir yer kimi ziyarət etməyi məsləhət gördülər”, - deyən cənubi koreyalı yeni müsəlman gənc, ilk ziyarətində İmam Rzanın (ə) müqəddəs ziyarətgahın genişliyi, izzəti və mənəvi ab-havasının onu özünə cəlb etdiyini bildirib:

“Mən bu qəribə hiss haqqında müqəddəs ziyarətgahın dini mütəxəssisləri ilə saatlarla danışdım və onlar mənə dini mövzular, Həzrət Məhəmməd (s) və şiə imamların (ə) böyük xüsusiyyətləri haqqında məlumat verdilər”.

İslam haqqında daha çox məlumat əldə etmək üçün səfərini bir həftə təxirə saldığını bildirən Heo Cun Hu, belə deyib: “Bu fürsətlə Qurani-Kərimin Koreya dilindəki tərcüməsini oxumaq şansım oldu”.

Hu, həmçinin bunları deyib: “Xeyirxahlıq və yaxşı davranış məni müsəlmanlarda cəlb edən iki xüsusiyyəti idi. İslamı başa düşməyim hələ tam deyil, amma indi gözəl bir gələcəyi görə bilərəm”.

Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri idarəsinin sədri Seyyid Məhəmməd Cavad Haşiminejat cənubi koreyalı yeni müsəlman gənclə bağlı bunları deyib: “Cənab Hunun suallarına cavab vermək üçün idarənin dini ekspertləri iki həftə ərzində intensiv iclaslar təşkil etdilər”.

O, idarənin Hunun istəyinə uyğun olaraq, ona İslam təlimlərini özündə əks etdirən kitablar və elektron paketlər göndərməyi planlaşdırıb.

Haşiminejat Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri idarəsinə müsəlmanların İslam haqqında lazımlı məlumatları verməyə hazır olduğunu bildirrərək, belə deyib: “Artıq 120 ölkədə 120 minə yaxın insan xarici ziyarətçi işləri idarəsi ilə əlaqə saxlayır”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930