Ayətullah Sistani iraqlı etirazçıları xarici müdaxiləyə imkan verməməyə çağırdı
Mьəllif: admin1
Tarix: 16-11-2019, 10:51
Bцlmə: Xəbərlər
Ayətullah Sistani iraqlı etirazçıları xarici müdaxiləyə imkan verməməyə çağırdı
İraqın nüfuzlu din xadimi Ayətullah Sistani İraqda baş verən hadisələrə növbəti dəfə münasibət bildirib.

"İraqlıların islahat mübarizəsi millidir və ölkə xalqına məxsusdur. Bunun yükü iraqlıların çiynindədir. Onlar xarici qüvvələrin müdaxiləsinə imkan verməməlidirlər.

Xarici müdaxilələr qarşılıqlı şəkildə baş verərsə və ölkə xarici qüvvələrin mübarizəsi meydanına və bir-birilə hesablaşması bölgəsinə çevrilərsə, o zaman ən çox ziyan görən İraq xalqı olacaq".

"Sumariya" agentliyi xəbər verir ki, bu barədə Ayətullah Sistaninin dəftərxanasının bəyanatında deyilib. Ayətullah Sistaninin nümayəndəsi Şeyx Əhməd əs-Safi bu gün Kərbəlada cümə namazı xütbələrində müctəhidin dəftərxanasının İraqdakı aksiyalar və iğtişaşlarla bağlı yeni mövqeyini diqqətə çatdırıb.

Ayətullah Sistani bəyanatın bir hissəsində aksiyaçılardan istəyib ki, xarici müdaxilələrin baş tutmasına imkan verməsinlər.

Eyni zamanda müctəhid İraq hökumətindən islahatları həyata keçirməyi tələb edib və tələb edilən addımların gecikməsinə görə hökumətə də tənqidlər ünvanlayıb.
(eastnews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930