İraqda biri nazir, beşi parlament üzvü olmaqla altımış məmur həbs ediləcək - Təcili
Mьəllif: admin1
Tarix: 1-11-2019, 20:10
Bцlmə: Xəbərlər
İraqda biri nazir, beşi parlament üzvü olmaqla altımış məmur həbs ediləcək - Təcili
İraqda Şəffaflığın təşkili idarəsi korrupsiyada ittiham olunan 60 hazırkı məmur və vəzifəli şəxsin həbs olunması barədə əmr verib.

Bu barədə İraq mətbuatı məlumat yayıb.

Məlumata görə, Şəffaflığın təşkili idarəsi 60 yerli məmurun və vəzifəli şəxsin həbs olunmasına order verib.

Bu şəxslərin həbs olunmasına səbəb korrupsiya və dövlət əmlakına ziyan vurmaları olub.

Açıqlamada eyni zamanda bir nazir, beş hazırkı millət vəkili və iki keçmiş nazirə qarşı həbs hökmlərinin verildiyi bildirilib.
(eastnews)
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31