Ayətullah Xamenei xəstəxanada yatan Ayətullah Məkarim Şirazini ziyarət etdi
Mьəllif: admin1
Tarix: 14-10-2019, 20:21
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei xəstəxanada yatan Ayətullah Məkarim Şirazini ziyarət etdi
Ali Rəhbər Ayətullah Xamenei bu gün səhər Tehran xəstəxanalarından birində yatan tanınmış müctəhid Ayətullah Nasir Məkarim Şirazini ziyarət edib.

Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, Ali Rəhbər Ayətullah Məkarim Şirazinin müalicəsi ilə bağlı son məlumatları aldı və Uca Yaradandan xəstəyə sağlamlıq və şəfa dilədi.

“Sizin varlığınız xalq və dini elmi hövzələr üçün çox bərəkətlidir. Allahdan sizin üçün sağlamlıq və şəfa diləyirəm”.

Qeyd edək ki, Ayətullah Məkarim Şirazi bu gün xəstəliyi ilə əlaqədar olaraq xəstəxanaya yatırılıb. Müalicəsi davam edir. Onun səhhəti qənaətbəxşdir.

Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930