Rusiyadan Suriyaya "yaşıl işıq": İsraili vura bilərsiniz!
Mьəllif: admin1
Tarix: 22-09-2019, 10:15
Bцlmə: Xəbərlər
Rusiyadan Suriyaya "yaşıl işıq": İsraili vura bilərsiniz!
İslamazeri.com xəbər verir ki, Rusiya Suriyaya S-300 ZRK-ləri İsrail rejimi aviasiyasına qarşı istifadə etməyə icazə verib.

Bu haqda, "Avia.pro" hərbi mənbəyə istinadən məlumat yayıb.

"Rusiya suriyalı hərbçilərə S-300-ü tam hərbi hazırlıq vəziyyətinə gətirməyə və kiçik təhlükə anında İsrail təyyarələrinə hücum etməyə icazə verib", - mənbədən bildirilir.

Əlavə edilir ki, ZRK-lərin istifadəsinə görə məsuliyyət tam şəkildə Suriya tərəfinin üzərində olacaq.

Qeyd edək ki, Rusiya komandanlığı İsrail rejimi qırıcılarının Suriya ərazisinə endirdiyi növbəti zərbələrdən sonra belə bir qərarı qəbul edib.

Moskva ilə olan razılıqlara əsasən, İsrail rejimi bu cür tədbirlərə əl atmamalıdır, lakin son zamanlar İsrail dəfələrlə bu şərti pozub.
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31