“Əl-Qaidə” lideri Rusiya, ABŞ və Avropanı hədələdi
Müəllif: Admin
Tarix: 13-09-2019, 16:15
Bölmə: Xəbərlər
“Əl-Qaidə” lideri Rusiya, ABŞ və Avropanı hədələdi
İslamazeri.com-un SITE-yə istinadən verdiyi xəbərə əsasən, “Əl-Qaidə” beynəlxalq terror təşkilatının başçısı Ayman əz-Zəvahiri Rusiya, ABŞ və Avropa dövlətlərinin ünvanlarına yeni təhdidlər səsləndirib.

Əz-Zəvahiri bu bəyanatını 2001-ci il 11 Sentyabrda ABŞ-da törədilmiş terror aktının ildönümündə edib. O həmçinin ABŞ-ın müxtəlif ölkələrdə yerləşən hərbi bazalarını da hədələyib.

Xatırladaq ki, 11 Sentyabr terror aktının məsuliyyətini məhz “Əl-Qaidə” öz üzərinə götürüb. Sözügedən terror nəticəsində təxminən 3 min insan həlak olmuşdu.
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30