İraqlı mərcəi təqlid müctehidindən ABŞ əsgərlərilə bağlı fətva
Mьəllif: admin1
Tarix: 24-08-2019, 11:02
Bцlmə: Xəbərlər
İraqlı mərcəi təqlid müctehidindən ABŞ əsgərlərilə bağlı fətva
İraqlı mərcəi təqlid müctehidindən olan Ayətullah Kazim əl-Hüseyni Hairi İraqda "Haşdi Şabi"nin hədəf alınmasından sonra ABŞ əsgərlərilə bağlı fətva verib.

İslamazeri.com "rasthaber"ə istinadən xəbər verir ki, verilən fətvada "Açıqça bildirirəm; qanuni məsuliyyət hansı ad altında olursa olsun ABŞ əsgərləri və onun oxşarlarının məsləhətçi, təlimçi və terrorla mübarizə bəhanəsilə İraqda qalmaları haramdır", - deyə bildirib.

Ayətullah Hairi, İraqlıların hücumlara qarşı mübarizə etmələri üçün əsas variant "müqavimət və müdafiə" olduğunu qeyd edib.

Qeyd edək ki, İranın Qum şəhərində yaşayan mərcəi təqlid müctehidindən olan Ayətullah Kazim əl-Hüseyni Hairi İraqda böyük nüfuza sahib Seyid Müqtəda Sədrə bağlı "Sədr" hərəkatına bağlı insanlar arasında təqlid olunan əsas müctehiddir.
Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930