Bəhreyn rejimi daha iki gənc Əhli-Beyt (ə) ardıcılını edam etdi
![]() Deyerler.org LualuaTV-yə istinadən xəbər verir ki, Əl-Vifaq Cəmiyyəti bu iki gəncin 2017-ci ildə Ali Xəlifə tərəfindən Daxili İşlər Nazirliyindən bir məmuru öldürməkdə günahlandırıldığını və günahsız olmalarının sübut olunmasına baxmayaraq, edam edildiyini açıqlayıb. Ölüm hökmünü şiddətli bir şəkildə pisləyən Əl-Vifaq Cəmiyyəti, bundan başqa sözügedən gənclərin edamdan əvvəl Ali Xəlifə rejiminin əsgərləri tərəfindən ağır işgəncələrə məruz qaldığını bildirib. Bu arada, Bəhreyn xalqı Bəhreyn xalqı əllərində Əhməd Əl-Məlal və Əli Əl-Ərəbin şəkillərilə küçələrə çıxaraq, Ali Xəlifə rejiminin törətdiyi cinayətləri qınayıblar. Oxşar xəbərlər
|
|