Türkiyə polisi 271 milyon saxta dollar ələ keçirib (VİDEO)
Mьəllif: admin1
Tarix: 24-07-2019, 17:10
Bцlmə: Xəbərlər
Türkiyə polisi 271 milyon saxta dollar ələ keçirib (VİDEO)
Türkiyənin İstanbul şəhərində Əsənyurd qəsəbəsində polislər saxta pul hazırlayaraq dövriyyəyə buraxmağa çalışan mətbəəyə basqın ediblər.

Ahlibeyt.ge Türkiyə mediasına istinadən xəbər verir ki, polisin ilkin axtarışları nəticəsində mətbəədə heç bir maddi sübut tapılmayıb.

Lakin, aparılan təkrar axtarışlar nəticəsində elektrik panellərinin arxasında gizli qapı aşkar edilib. Qapının arxasında gizli saxlanc yerindən 271 milyon 150 min dollar miqdarında saxta ABŞ dolları tapılıb.

Faktla əlaqədar 5 nəfər saxlanılıb. Onların arasında FETÖ təşkilatı ilə əlaqadə şübhəli bilinərək işdən azad edilən bir komissar da var.

Qeyd edək ki, bu, tarix ərzində ələ keçirilən ən böyük miqdarda saxta puldur.


Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031