12 kənd İŞİD qalıqlarından təmizlədi
Mьəllif: admin1
Tarix: 22-07-2019, 19:04
Bцlmə: Xəbərlər
12 kənd İŞİD qalıqlarından təmizlədi
İraq ordusu ilə Əl-Həşduş Şəbi qüvvələri Tarmiya qəsəbəsinin qərbində yerləşən Əl-Avad və Əl-Havrah qəsəbələrini İŞİD terror qalıqlarından təmizləyərək, bölgə əhalisinin təhlükəsizliyini təmin edib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, İraq ordusu Əl-Həşduş Şəbi qüvvələləri ilə birgə başlatdığı “Nasir iradəsi” əməliyyatının ikinci mərhələsində Bağdadın qərbində yerləşən 12 kəndi İŞİD qalıqlarından təmizləyərək, xeyli sayda terrorçunu zərərsizləşdirmişdir.

Xatırladaq ki, İraqın Birgə Əməliyyatlar Komandanlığının rəhbəri general-polkovnik Əbdüləmir Rəşid Yarallah “Nasir iradəsi” əməliyyatının ilk mərhələsinin uğurla başa çatmasından sonra, keçən həftənin sonu ikinci mərhələyə başladıqlarını söyləyib.

Yarallah sözügedən əməliyyatın ikinci mərhələsinin Bağdadın şimalında yerləşən Diyalə, Ənbar və Səlahəddin vilayətlərində başladıldığını deyib.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031