Ayətullah Xamenei: “500 min əfqan şagird İran məktəblərində oxuyacaq”
Mьəllif: admin1
Tarix: 10-07-2019, 14:10
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: “500 min əfqan şagird İran məktəblərində oxuyacaq”
İranın Ali Dini lideri Ayətullah Xamenei yarım milyon əfqanlı şagiridin İran məktəblərində təhsil alması ilə bağlı danışıb. “Yarım milyon əfqan İran məktəblərində təhsil alacaq”, - deyə Ayətullah Xamenei bildirib.

Ayətullah Xameneinin sözlərinə əsasən, 3 milyon əfqan qaçqın İran ərazisində yaşayır. O, İranda yaşayan Əfqanıstan vətəndaşları üçün də təhsil xidmətlərinin göstərilməsinin zəruriliyini qeyd edib.

Məlumat verilir ki, 2018-ci ildə İran məktəblərində 473 min əfqan tələbə təhsil alıb. Proqnozlara əsasən, yeni tədris ilində onların sayı 500 minə çatacaq.

İranlı məktəblilər kimi qaçqın tələbələr təhsil sistemində və ölkədəki məktəblərdə göstərilən bütün imkanlardan və xidmətlərdən istifadə edə bilərlər.

İran Təhsil Nazirliyi əcnəbi tələbələrə ildə təxminən 120 milyon ABŞ dolları xərcləyir.
(eastnews)
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031