Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı qətnamə qəbul edildi
Mьəllif: admin1
Tarix: 7-07-2019, 19:06
Bцlmə: Xəbərlər
Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı qətnamə qəbul edildi
ATƏT-in Parlament Assambleyasının (PA) Lüksemburqda keçirilən 48-ci sessiyasında Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı qətnamə səsə qoyularaq qəbul edilib.

Ahlibeyt.ge xəbər verir ki, 26 maddədən ibarət qətnamədə Gürcüstanın işğal edilmiş ərazilərində vəziyyət, təhlükəsizlik, insan haqları kimi məsələlərə toxunulub.

Layihədə işğal edilmiş ərazilərdə tikanlı məftillərin çəkilməsi, Abxaziya və Cənubi Osetiyada etnik diskriminasiya, işgəncə, qətllər, kobud rəftar və qanunsuz həbslərin olduğu qeyd edilib. Sənəddə işğal edilmiş ərazilərdə gürcü dili dərslərinin qadağan edilməsi qınanılıb.

Qətnamə layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, səsvermə zamanı 50 nəfər leyinə 3 nəfər əleyhinə səs verib.
Oxşar xəbərlər
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031