Bidzina İvanişvili brifinq keçirdi - Etirazçıların tələblərindən birini qəbul etdi
Mьəllif: admin1
Tarix: 24-06-2019, 12:29
Bцlmə: Xəbərlər
Bidzina İvanişvili brifinq keçirdi - Etirazçıların tələblərindən birini qəbul etdi
Gürcüstanda 2020-ci ildə parlament seçkiləri proporsional seçki sistemi ilə keçiriləcək.

Ahlibeyt.ge verir ki, bu barədə hakim "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişvili bildirib.

Onun sözlərinə görə, bu barədə qərar ölkənin üzləşdiyi problemlərlə bağlı verilib.

Partiya sədri Parlament seçkilərinin sıfır seçki baryeri şəraitində keçiriləcəyini deyib.

Qeyd edək ki, Parlament seçkilərinin proporsional seçki sistemi ilə keçirilməsi etirazçıların tələblərindən biri olub.

Məlumat üçün xatırladaq ki, ölkədə Parlament seçkiləri 2020-ci ilə keçiriləcək.


Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031