Gənclərdə vaxtsız ölüm hallarının səbəbləri açıqlanıb
Mьəllif: admin1
Tarix: 11-06-2019, 09:06
Bцlmə: Xəbərlər
Gənclərdə vaxtsız ölüm hallarının səbəbləri açıqlanıb
ABŞ-ın qidalanma cəmiyyətinin mütəxəssisləri ürək-damar tutmalarından baş verən ölümlərin səbəbini açıqlayıb.

"Deyerler.org"un Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, tədqiqatın nəticələrinə əsasən, 7 ölümdən biri meyvələrdən, 12 ölümdən biri isə, tərəvəzlərdən az istifadəyə görə baş verir. Qidalanmada meyvə və tərəvəz çatışmazlığı cavan insanların sağlamlığına mənfi təsir edir. Bu əsasən kişilərdə müşahidə olunur.

Qeyd olunduğu kimi, meyvə və tərəvəzlər xolesterini və damar təzyiqini aşağı salan lif, kalium, maqnezium, antioksidantlar və fenollar mənbəyi hesab olunur.

Mütəxəssislərin gəldiyi nəticələrə əsasən, insan gün ərzində 300 qr meyvə və 400 qr tərəvəz qəbul etməlidir.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031