Ayətullah Xamenei 600 -dən çox məhbusu əfv edib
![]() Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir kİ, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir. İranın Məhkəmə Sisteminin rəhbəri Seyid İbrahim Rəisi Fitr bayramı münasibətilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 691 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb. Oxşar xəbərlər
|
|