Səudiyyə rejimi 13 yaşında ikən həbs etdiyi Əhli-Beyt (ə) ardıcılını edam etməyə hazırlaşır
Mьəllif: admin1
Tarix: 9-06-2019, 09:01
Bцlmə: Xəbərlər
Səudiyyə rejimi 13 yaşında ikən həbs etdiyi Əhli-Beyt (ə) ardıcılını edam etməyə hazırlaşır
Səudiyyə rejimi 13 yaşında ikən “üsyana təşviq və terror” ittihamıyla həbs etdiyi Səudiyyə Ərəbistanı vətəndaşı Murtəza Qureirisi edam etməyə hazırlaşır.

Deyerler.org CNN-ə istinadən xəbər verir ki, 5 ildir Səudiyyə rejiminin həbsxanasında məhbus olan Qureirisin edam edilməsi gözlənilir.

Xəbərdə, Murtəza Qureirisin 10 yaşında ikən "ərəb baharı" çərçivəsində Səudiyyə Ərəbistanının şərq əyalətində keçirilən etirazlar əsnasında böyük qardaşının təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinə etiraz etmək məqsədiylə aksiyalara qatıldığı qeyd olunub.

Sözügedən velosipedli aksiyanın görüntüsünün də paylaşıldığı xəbərdə, Qureirisin bu aksiyasından 3 il sonra ailəsiylə Bəhreynə gedəndə Səudiyyə rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduğu bildirilib.

Xəbərdə Murtəza Qureirisin polis bölməsinə molotov kokteyli atmaq, terror təşkilatına üzv olmaq, aksiyalarda şiddətə əl atmaq, böyük qardaşının cənazəsində yürüş təşkil etmək və xalqı üsyana təşviq etmək cinayətlərindən mühakimə olunduğu, Səudiyyə Ərəbistanı qanunlarına görə edam ediləcəyi qeyd olunub.

Hazırda 18 yaşında olan və 5 illik həbs müddətinin ən azı 2 ilini təkadamlıq kamerada keçirdiyi bildirlən Qureirisin, “ağır işgəncə və stress altında” qəbul etməyə məcbur olduğu bu ittihamları isə rədd etdiyi bildirilib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930