HƏMAS-dan sürpiz: İsrailin "Dəmir Qübbə"sini dəlməyə qadirik
Mьəllif: admin1
Tarix: 6-06-2019, 10:49
Bцlmə: Xəbərlər
HƏMAS-dan sürpiz: İsrailin "Dəmir Qübbə"sini dəlməyə qadirik
Fələstinin Müqavimət Təşkilatı HƏMAS maraqlı açıqlama ilə gündəmə gəlib.

İslamazeri.com shahab-a istinadən xəbər verir ki, HƏMAS İsrail ilə son iki günlük müharibə zamanı 700 raket atdığını və İsrailin "Dəmir Qübbə" adlandırdığı Havadan Müdafiə Sisteminin zəif yerini təsbit etdiklərini açıqlayıblar.

İsrail mediası bu xəbəri yayımlayıblar.

HƏMAS bildirir ki, 30 saat ərzində İsrailə 700 raket atılıb ki, onlardan 85-i Aşkelona, 60-ı Beer Şeevə, 80-i isə Aşdoda tuş gəlib.

"Bizim sionist düşmənə ehtiyatda hələ çoxlu sürprizimiz var", -deyə HƏMAS-ın açıqlamasında deyilir.

Qeyd edək ki, ötən ayın əvvəlində İsrail Fələstinə hücum etmiş, Müqavimətin sərt cavab zərbələri sionist rejimi HƏMAS-ın şərtlərini qəbul edərək atəşkəsə məcbur etmişdi.

Likud hərəkatının tanınmış üzvlərindən olan Qidon Saar atəşkəsi tənqid etmişdi - "Atəşkəs hazırki vəziyyətdə, İsrailin irəliləməməyinin göstəricisidir. İsrailə və vətəndaşlarına güclü hücumlar artır, bununla yanaşı Qəzzadakı terror qruplaşmaları güclənir. Hərbi əməliyyatların qarşısı alınmadı, lakin gecikdi.", -deyə Saar əlavə edib.

Kaxol-lavan partiyasının liderlərindən olan Yair Lapid isə atəşkəsə "690 raket, 4 ölü və baş nazir İsrail vətəndaşlarına açıqlama vermir - bu qorxaqlıqdır. Vətəndaşlarla danışın, nə baş verdiyini açıqlayın, Daxili Cəbhənin komandanlığını açıqlama verməsinə zəmin yaradın.

Bu atəşkəs deyil, kapitulyasiyadır.Bu siyasi cəsarət deyil, qorxaqlıqdır. İsrail vətəndaşları ilə görüşməyə belə cəsarətləri yoxdur.", - deyə münasibət bildirmişdi.

Netanyahunun seçkilərdəki rəqibi, keçmiş qərargah rəisi Benni Qants da höküməti belə tənqid atəşinə tutmuşdu: "700-ə yaxın raketlər İsrail əraizlərinə tuş gəlib. Çoxlu yaralı və 4 ölümüz var - bu hökümətin çəkinməsinin nəticələridir. Sonu isə HƏMAS-ın şantajlarına boyun əymək olacaq."
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930