Ayətullah Xamenei: Vəhdəti qorumalıyıq, əks halda...
Mьəllif: admin1
Tarix: 1-05-2019, 21:59
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: Vəhdəti qorumalıyıq, əks halda...
İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran İslam İnqilabı lideri Ayətullah Seyid Əli Xamenei Müəllimlər Günü ərəfəsində minlərlə müəllimlə görüş keçirib.

“İran xalqı birliyini qoruyub saxlamalıdır, əks halda həmişə düşmən planlarından əziyyət çəkəcək”, - deyə o bildirib.

Ölkəsinin düşmənlərinin müxtəlif cəbhələrdə - siyasi, iqtisadi, informasiya, məxsusən də virtual aləmdəki hücumlarının artdığını xatırladan Ayətullah Xamenei əlavə edib: “Amerika və sionistlər bütün sahələrdə aktiv hücumlar planlayırlar, üstəlik bu rəftar təkcə hazırki ABŞ administrasiyasının fərqləndirici cəhəti deyil”.

Onun sözlərinə görə, İran xalqı bütün bunların qarşısında öz potensiallarını səfərbər etməlidir və hər bir iranlı, fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq, “bu fitnələrlə mübarizə aparmalıdır”.

O həmçinin qeyd edib ki, “ilk baxışdan, düşmən hələ ki, hərbi addım hazırlamır, bununla belə, bizim qoşunlarımız da hazırda vəziyyətdədir”.

İranın ali lideri sonda qeyd edib ki, dünyanın heç bir yerində İranda olduğu kimi din inkişaf etmir və İran elmi sahədə dünyada lider mövqeləri tutur.

Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031