Çavuşoğludan İranla bağlı mühüm açıqlama
Mьəllif: admin1
Tarix: 17-04-2019, 20:52
Bцlmə: Xəbərlər
Çavuşoğludan İranla bağlı mühüm açıqlama
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranın İnqilab Keşikçilərinin terror siyahısına salınmasının ayrı bir təhlükə və həddən artıq səhv bir qərar olduğunu bildirib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu Ankarada səfərdə olan iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə keçirdiyi birgə mətbuat konfransında açıqlama verib.

Çavuşoğlunun mətbuat konfransındakı çıxışının mühüm hissələri aşağıdakı kimidir: “İnqilab Keşikçilərinin terror siyahısına salınması ayrı bir təhlükədir, son dərəcə səhv bir qərardır.

ABŞ-ın sanksiyalarına qarşı olduğumuzu demişdik. Bunu amerikalılara də hər platformada birbaşa söyləyirik. Bu gün də vurğulandığı kimi, 30 milyard dollarlıq ticarət hədəfi həcminə nail olmağımız üçün birlikdə çalışmalıyıq.

Bunun üçün mövcud olan mexanizmlərlə yanaşı, İNSTEX kimi, yeni mexanizmləri necə qura biləcəyimizi və ticarətin qarşısındakı maneələri necə aradan qaldıracağımızı qiymətləndirmişik. Bu şəkildə işləsək bu hədəflərimizə nail ola bilərik. ABŞ-a növbəti prosesdə də bu embarqoların yanlış olduğunu izah etməyə davam edəcəyik.

Xəzinə və maliyyə nazirimiz, ticarət nazirimiz və müdafiə nazirimiz ABŞ-da bunu bütün həmsöhbətlərinə açıq şəkildə dedilər. Xəzinə və maliyyə nazirimiz Trampla da görüş keçirdi. Bu görüşlərdə də dostlarımız bu mövzudakı fikirlərimizi amerikalı rəsmilərə çatdırdılar.

Bu gün İraqda və Suriyada İŞİD-in nəzarət etdiyi bir ərazi yoxdur, amma İŞİD və s. terror təşkilatlarına qarşı diqqətli olmağa davam etməliyik. ABŞ-ın birtərəfli verdiyi qərarların beynəlxalq qərarları pozduğunu dəfələrlə demişik. Qolan Təpələrinin ABŞ-ın qərarı ilə İsrail rejiminə verməyə çalışması regionda gərginliyi artırır”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930