M.C.Zərif Xanım Zeynəbin (s.ə) hərəmini ziyarət etdi və Əsədlə görüşdü
Mьəllif: admin1
Tarix: 16-04-2019, 21:51
Bцlmə: Xəbərlər
M.C.Zərif Xanım Zeynəbin (s.ə) hərəmini ziyarət etdi və Əsədlə görüşdü
Suriyanın paytaxtı Dəməşqə səfər edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Dəməşqin Zeynəbiyyə rayonundakı Həzrət Zeynəbi Kübranın (s.ə) mübarək hərəmini ziyarət edib.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat ofisindən verilən açıqlamada, M.C.Zərifin bu gün (16 aprel) Suriyanın prezident Bəşər Əsədlə görüşərək müxtəlif mövzularda fikir mübadiləsi apardığı da qeyd olunub.

Zərif ilə Əsəd arasında keçirilən görüşdə ikitərəfli və regional məsələlərlə yanaşı, Astana prosesi ilə bağlı son hadisələr, Suriya böhranına siyasi həll tapılması və İranın birinci vitse-prezidenti İshaq Cahangirin fevral ayındakı Suriya səfərində iki ölkə arasında bağlanan müqavilələrin tətbiqi kimi məsələlər müzakirə olunub.

Yüksək səviyyəli bir nümayəndə heyətinin başçılığı altında Suriyaya gələn Zərifin sabah bir günlük səfər üçün Türkiyəyə getməsi gözlənilir.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031