ABŞ-da məscid yandırıldı
Mьəllif: admin1
Tarix: 25-03-2019, 18:58
Bцlmə: Xəbərlər
ABŞ-da məscid yandırıldı
ABŞ-ın Kaliforniya ştatında yanğın törədilmiş bir məscidin avtoparkında Yeni Zelandiyada 15 martda iki məscidi hədəfə alan terror hücumlarına istinad edilmiş məktub tapılıb.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Eskondido polisinin kapitanı Kris Lik, gecə yanğın törədildiyi ehtimal olunan məscidin avtoparkında tapılan məktubun məzmunu barədə məlumat verməsə də, hadisə yerində istintaq aparıldığını qeyd edib.

San Dieqo şəhərinə 48 kilometr məsafədə yerləşən məsciddə baş verən yanğının qəsdən törədildiyi və ya nifrət cinayəti olması ehtimalı üzərində istintaqın aparıldığını bildirən Lik, belə deyib: “Əgər bu yanğın törətmədirsə, onda böyük ehtimalla həm də bir nifrət cinayətidir”.

Eskondido İslam Mərkəzinin üzvlərinin yanğınsöndürmə dəstələrinin hadisə yerinə gəlmədən əvvəl yanğının xeyli hissəsini söndürə bildiklərini deyən Lik, yanğının baş verdiyi vaxt məsciddə 7 nəfərin olduğunu qeyd edib.

Yanğın səbəbindən heç kəsin yaralanmadığını deyən polis sözçüsü, binanın xaricində ciddi zərərlərin qeydə alındığını bildirib.

Polis hadisə ilə bağlı hələlik şübhələndiyi heç kəsin olmadığını vurğulayıb.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930