Britaniyada dörd məscidə vandal hücumu oldu
Mьəllif: admin1
Tarix: 21-03-2019, 22:49
Bцlmə: Xəbərlər
Britaniyada dörd məscidə vandal hücumu oldu
Britaniya polisi cümə axşamı Birminqem şəhərində dörd məscidə edilən vandal hücumu ilə əlaqədar istintaq aparır. Naməlum şəxslər dörd ayrı məhəllədə yerləşən məscidin şüşələrini qırıb.

RİA Novosti-nin məlumatına görə, bu haqda Uest-Midlends qraflığının polis idarəsi məlumat yayıb.

“Hələlik ötən gecə baş verən bu hücumların motivləri məlum deyil”, - deyə polis rəsmisi Deyv Tompson bildirib.

Rəsmi məlumata görə, ilk insident yerli vaxtla 02:30 baş verib. Naməlum şəxslər ağır çəkiclə məscidlərdən birinin şüşələrini qırıb. Sonradan polisə şəhərin üç başqa məscidinin də anoloji hücumlara məruz qalması ilə bağlı şikayət daxil olub.

Cinayətkarların yaxalanması istiqamətində işlər aparılır.



Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930