Ayətullah Xameneinin ofisi ‘Rəğaib’ gecəsi ilə bağlı sualı cavablandırıb
Mьəllif: admin1
Tarix: 7-03-2019, 20:27
Bцlmə: Xəbərlər
Ayətullah Xameneinin ofisi ‘Rəğaib’ gecəsi ilə bağlı sualı cavablandırıb
Ayətullah Xameneinin ofisi ‘Rəğaib’gecəsi ilə bağlı sualı cavablandırıb

Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin dəftərxanası bu gecənin (Martın 7-si) və yaxud gələn cümə axşamının (Martın 14-ü) hansının “Rəğaib” gecəsi olması və həmin gecəyə məxsus əməllərin hansı gündə yerinə yetirilməsi ilə bağlı ünvanlanan suala cavab verib, həmin cavabı təqdim edirik:

Cavab: Növbəti cümə axşamı (Martın 14-ü) Rəcəb ayının ilk cümə axşamı olduğundan, növbəti cümə axşamı “Rəğaib” gecəsinə məxsus əməllər rəca və ümid niyyəti ilə yerinə yetirilsin.

Qeyd edək ki, ötən gün Ayətullah Cavadi Amuli bugünkü gecənin (martın 7-si) Rəğaib gecəsi olduğunu açıqlamışdı.

“Rəğaib” gecəsi və yaxud İstək və arzular gecəsi Rəcəb ayının ilk cümə axşamına təsadüf edir və onun xüsusi əməlləri – müstəhəb orucu, namazı və zikrləri vardır.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031