İraqlı deputat: ABŞ İŞİD-in qalıqlarının təmizlənməsinə mane olur
Mьəllif: admin1
Tarix: 27-02-2019, 16:07
Bцlmə: Xəbərlər
İraqlı deputat: ABŞ İŞİD-in qalıqlarının təmizlənməsinə mane olur
İraqlı deputat Kərim Əlyəvi amerikalıların İraq qüvvələrinin İŞİD terror təşkilatının qalıqlarını təmizləmələrinə imkan vermədiklərini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, ABŞ hərbi qüvvələrinin İraqdakı mövqeləri haqqında açıqlama verən Əlyəvi amerikalıların İraq qüvvələrinin ölkənin müxtəlif bölgələrində İŞİD məkanlarına hücum edib dağıtmalarına mane olduqlarını bildirib.

Kərim Əlyəvi İraqda harada amerikalı əsgərlərin fəallığı artarsa, orada İŞİD terror təşkilatına bağlı terrorçuların varlığı və fəaliyyətinin də artdığını vurğulayıb.

"Al-Sumaria" kanalına danışan Əlyəvi bundan əvvəl də dəfələrlə amerikalı əsgərlərin yerləşdiyi bölgələrdə adam qaçırma və terror hadisələrinin və amerikalı əsgərlərin İŞİD terrorçularını dəstəklədikləri haqqında xəbərdarlıq etdiyini ifadə edib.

Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930