Adil Əbdülmehdi: “Fələstin xalqını müdafiə etmək İraqın vəzifələrindəndir”
Mьəllif: admin1
Tarix: 26-01-2019, 16:02
Bцlmə: Xəbərlər
Adil Əbdülmehdi: “Fələstin xalqını müdafiə etmək İraqın vəzifələrindəndir”
İraqın baş naziri Adil Əbdülmehdi Fələstin xalqının hüquqlarının müdafiə edilməsinin İraq xalqının ən vacib şəri vəzifələrindən olduğunu deyib.

Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, Adil Əbdülmehdi Fələstin Parlamentinin Qardaşlıq Komitəsinin sədri İmran Əl-Xətib ilə keçirdiyi görüşdə, İraqın Fələstin xalqının müdafiəsində mövqeyinin şəffaf olduğunu və Fələstin xalqının yanında dayandığını bildirib.

Fələstinin hər bir iraqlının qəlbində olduğunu qeyd edən Əbdülmehdi, İraq hökumətinin Fələstin parlamentinin Qardaşlıq komitəsi ilə əməkdaşlığa davam edəcəyini deyib.

Fələstin rəsmisi də, İraq xalqının fələstinli qardaşlarına verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031