İtaliyalı gənc İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Müəllif: Admin
Tarix: 14-01-2019, 21:07
Bölmə: Xəbərlər
İtaliyalı gənc İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Bundan əvvəl xristian olmuş italiyalı gənc Məşhəd şəhərində İmam Rzanın (ə) mütəhhər hərəmində İslam dinini qəbul etmək şərəfinə nail olub.

Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, 26 yaşlı italiyalı gənc Karmelo Koko Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri qurumunda kəlimeyi şəhadət gətirərək, müsəlman olub və belə danışdı: “Mənim iş yerimin yaxınlığında gündə səsucaldanla 3 dəfə azan səsi oxunan bir məscid var və mən bu sevgilə dolu səsi eşidərək, bu səsə məftun olmağa başladım.

Daha sonra sözügedən məsciddə namaz qılan bir neçə müsəlmanla tanış oldum, ancaq buna baxmayaraq, İslam dini və onların inancı ilə bağlı ən kiçik məlumata malik deyildim”.

İtaliyalı yeni müsəlman gənc açıqlamasını belə davam etdirib: “Keçən il keçirdiyim bir avtomobil qəzasında başımdan zərbə alaraq komaya düşdüm. Həkimlər mənim yenidən həyata qayıtmaqla baxımdan ümidlərini kəsmişdi. Müsəlman dostlarımdan biri həkimlərin ümidlərini kəsməsindən sonra hər gün mənim yanımda oturub, Quran tilavət edirdi.

Beynimdəki bu gözəl səs mənim qəlbimə rahatlıq bəxş edərək, mənə yaxşı hisslər verirdi. Bir neçə gündən sonra şüurumu yenidən əldə edəndə həkimlər bu hadisənin İlahi bir möcüzə olduğunu dedilər.

Sağaldıqdan sonra həyatım tamamilə dəyişdi. Belə ki, Quran qəlbimi dinləməyə verdim. Bu səbəbdən geri qayıtmaq istəmədiyim bir yola daxil oldum, ancaq bir cür dinimi dəyişmək istəmirdim. Müsəlman dostlarımla əlaqələrimi İslam dini ilə bağlı biliklərimi artırmaq üçün daha da artırdım və seçdiyim yolun mənə rahatlıq verdiyinə inandım.

Müsəlman olmaq üçün İmam Rzanın (ə) hərəmini seçməklə bağlı məqsədini də açıqlayan italiyalı gənc, belə davam edib: “Müsəlman dostlarımdan biri ilə Məşhəd şəhərinə gələrək, İslam və müsəlmanlarla yaxından tanış olmağı istədim.

Xoşbəxtlik daxili bir məhəbbətdir və əgər hər kəs daxili səslərinə qulaq assalar, rahatlıq taparlar və mənim də bu müqəddəs məkana gəlməyimlə rahatlığım daha da artdı və müsəlman olmağa qərar verdim”.


Oxşar xəbərlər
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031